"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın U-21 yığmasının sabiq yarımmüdafiəçisi Tural Bayramlını heyətinə qatıb.

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın U-21 yığmasının sabiq yarımmüdafiəçisi Tural Bayramlını heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti 2022/23 mövsümünün sonuna kimi nəzərdə tutulub. Bayramlı yeni komandasında 30 nömrəli formanı geyinəcək.
 
Tural Bayramlı peşəkar karyerasına "Sumqayıt"da başlayıb. Daha sonra o, Latviyanın "Dauqavpils" klubunda legioner həyatı yaşayıb. 2019/20 mövsümündə "Keşlə"yə cəlb olunan yarımmüdafiəçi ötən mövsümü də "Zirə"də keçirmişdi. Turalın son iş yeri Yunanıstanın aşağı liqa təmsilçisi "Pierikos" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest