İtaliyanın "İnter" klubu rəhbər postlarda çalışan bir neçə əməkdaşı ilə müqavilənin müddətini uzadıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "İnter"in baş icraçı direktoru Cüzeppe Marotta, baş idman direktoru Piero Ausilio və baş idman direktorunun müavini Dario Bakçin klubla müqavilələrini 2025-ci ilə qədər uzadıblar.
 
"İnter" hazırda A Seriyasında 54 xalla 2-ci yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest