Türkiyənin "Rizəspor" komandasının baş məşqçisi Hamza Hamzaoğlu istefa verib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
52 yaşlı mütəxəssis ötən gecə Super Liqanın 26-cı turu çərçivəsində baş tutan "Başakşəhər"lə ev oyunundakı 0:2 hesablı məğlubiyyətdən sonra postundan ayrılmaq qərarına gəlib. Klub rəhbərliyi onun istefasını qəbul edib.
 
Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından "Rizəspor"a rəhbərlik edirdi. Rizə təmsilçisi bu mövsüm Super Liqada 26 oyuna topladığı 23 xalla 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest