Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev ölkəsini silahla müdafiə etməyə hazır olduğunu bildirib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Lokomotiv"in və Kiyev "Dinamo"sunun 37 yaşlı keçmiş futbolçusu əlində silah olan şəklini "instaqram" səhifəsində yerləşdirib.
 
Azərbaycan əsilli futbolçu postunda "Ukraynanı müdafiə etdiyim üçün fəxr edirəm!" sözlərini də qeyd edib.
 
Rusiya ilə Ukrayna arasında uzun zamandır davam edən gərginliyin müharibəyə çevrilmə ehtimalı var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest