Futbol üzrə Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha beş qarşılaşma baş tutub.
 
"Ştutqart" – "Bohum" matçında qalib müəyyənləşməyib. "Arminiya" "Union Berlin"i, "Köln" isə "Ayntraxt"ı məğlub yola salıb.
 
"Auqsburq" doğma meydanda "Frayburq"a, "Volfsburq" isə "Hoffenhaym"a uduzub.
 
ötən tur məğlubiyyətlə üzləşən "Bayern" autsayder "Qroyter"i qəbul edəcək. Dortmund "Borussiya"sının bu turdakı rəqibi isə Mönxenqladbax "Borussiya"sı olacaq.
 
Almaniya Bundesliqası
23-cü tur
18 fevral
 
Maynts – Bayer 3:2
Qol: Martin, 57. Boetiuus, 84. İnqvartsen, 88 – Şik, 35. Alario, 74.
 
19 fevral
 
Arminiya – Union Berlin 1:0
Qol: Okuqava, 53.
 
Auqsburq – Frayburq 1:2
Qol: Qreqoritş, 16 – Petersen, 4. Şlotterbek, 26.
 
Volfsburq – Hoffenhaym 1:2
Qol: Vind, 36 – Larsen, 73. Kramariç, 78.
 
Ştutqart – Bohum 1:1
Qol: Bella, 56-öz qapısına – Louen, 90+4-pen.
 
Köln – Ayntraxt 1:0
Qol: Modeste, 84.
 
20 fevral
 
18:30. Bayern – Qroyter
20:30. Borussiya (Dortmund) – Borussiya (Mönxenqladbax)
22:30. Herta – Leypsiq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest