Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç özünə yeni komanda tapıb. Matc.az saytı xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını ölkəsi Ukraynada davam etdirəcək.

Belə ki, Popoviç II liqa təmsilçisi "Minay"la anlaşıb. Komandanın təlim-məşq toplanışında olan oyunçunun çıxışı məşçilər korpusu tərəfindən bəyənilib. Popoviç klubla müqavilə imzaladıqdan sonra Slovakiya toplanışına aparılıb.

Qeyd edək ki, "Minay" 17 turdan sonra II liqanın A qrupuna başçılıq edir. Popoviçin klub karyerası isə demək olar ki, Azərbaycanla bağlıdı. O, həmçinin U-17, U-19, U-21 və əsas millimizə də dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest