Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü üç qarşılaşma baş tutub.
 
"Sampdoriya" doğma meydanda "Empoli" üzərində inamlı qələbəyə sevinib.
 
Dörd qolun qeydə alındığı "Roma" – "Verona" matçında qalib müəyyənləşməyib. Səfərdə "Salernitana" ilə qarşılaşan "Milan" da 4 qolluq matçda 1 xalla kifayətlənib.
 
İtaliya A Seriyası
26-cı tur
 
18 fevral
 
Yuventus – Torino 1:1
Qol: De Liqt, 13 – Belotti, 62.
 
19 fevral
 
Sampdoriya – Empoli 2:0
Qol: Kvalyarella, 14; 29.
 
Roma – Verona 2:2
Qol: Volpato, 65. Bove, 84 – Barak, 5. Tameze, 20.
 
Salernitana – Milan 2:2
Qol: Bonatsoli, 29. Dyuriç, 72 – Messias, 5. Rebiç, 77.
 
20 fevral
 
15:30. Fiorentina – Atalanta
18:00. Venetsiya – Cenoa
21:00. İnter – Sassuolo
23:45. Udineze – Latsio
 
21 fevral
 
22:00. Kalyari – Napoli
00:00. Bolonya – Spetsiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest