Futbol üzrə Fransa çempionatında 25-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.
 
Lider və çempionluğa əsas namizəd PSJ "Nant"ın qonağı olub. Paris təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.
 
Günün digər matçında isə Lion "Olimpik"i səfərdə "Lans"la qarşılaşıb. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
Fransa Liqa 1
25-ci tur
 
18 fevral
 
Lill – Mets 0:0
 
19 fevral
 
Lans – Olimpik (Lion) 1:1
Qol: Klaus, 13 – Kadevere, 44.
 
Nant – PSJ 3:1
Qol: Muani, 4. Merlin, 16. Blez, 45+5 – Neymar, 47.
 
20 fevral
 
16:00. Nitsa – Anje
18:00. Loryan – Monpelye
18:00. Reyms – Brest
18:00. Renn – Trua
18:00. Sent-Etyen – Strasbur
20:05. Bordo – Monako
23:45. Marsel – Klermon

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest