Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, böyüklər arasında təşkil edilən turnirin yekun nəticələrinə görə, komanda yarışında qadınlar arasında "Sumqayıt-2", kişilərin yarışında "Bakı-1" komandaları birinci yerləri tutublar.
 
Qoşa yarışlarda Məryəm İmanova - Billurə Eminova cütlüyü qadınlar, Emin Məmmədov - Vəzir Allahverdiyev cütlüyü isə kişilərin yarışında qalib olublar.
 
Qarışıq qoşa yarışlarda Əliverdi Şahgəldiyev - Aylin Əsgərova cütlüyü ən yüksək nəticə ilə fərqləniblər. Şəxsi yarışlarda isə qadınlar arasında Rüfət Əliyeva, kişilərin yarışında Emin Məmmədov birinci yeri tutublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest