"Qarabağ"ın sabiq hücumçusu Yaroslav Deda ölkəsi Ukraynada oynamağa yaxındı. Matc.az saytı xəbər verir ki, 20 yaşlı forvard "Karpatı"ya keçə bilər.

Ukraynanın U-17 yığmasının keçmiş oyunçusu Lvov klubunda baxışdan keçir. O, "Karpatı"nın U-21 komandasının heyətində "Demni"dəki həmyaşıdları ilə yoxlama görüşündə iştirak edib. Həmin oyunda Lvov təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Yaroslav Deda "Qarabağ"a 2016-cı ilin yayında "Volın"dan keçsə də, əsas komandada debüt etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest