Futbol üzrə Almaniya millisinin və "Bayern"in hücumçusu Tomas Müller koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən evində karantinə alınan təcrübəli oyunçunun xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, fevralın 26-da Bundesliqa çərçivəsində baş tutacaq "Ayntraxt"la oyunda komandasına kömək edə bilməyəcək.
 
Müller bu mövsüm Almaniya çempionatında meydana çıxdığı 23 qarşılaşmada 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest