"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"i ilə (Fransa) Bakıda keçirəcəyi cavab oyunu üçün hakim təyinatları açıqlanıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri qismində Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.
 
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest