Futbol üzrə Azərbaycan I Divizionunda XV tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Gəncənin "Kəpəz" komandası doğma meydanda "Qaradağ Lökbatan"ı məğlub edib. MOİK isə "Səbail-2" ilə görüşdən məğlub ayrılıb.
 
Turun qalan oyunları sabah keçiriləcək.
 
I Divizion
XV tur
22 fevral
 
Səbail-2 – MOİK 2:1
Qol: Aydın Ağazadə, 21. Elvin Sərkarov, 90+2 – İsa Zeynallı, 66.
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Emin Əliyev
"ASCO Arena", 14:00
 
Kəpəz – Qaradağ Lökbatan 1:0
Qol: Emil Qasımov, 83.
Hakimlər: Cavid Cəlilov, Rəhman İmami, Şirmamed Mamedov, Rauf Allahverdiyev
Gəncə şəhər stadionu, 14:00
 
Sabah-2 – Keşlə-2 1:1
Qol: Mixeil Erqemlidze, 65 – Amil Yunanov, 26.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu, 14:30

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest