"Neftçi" PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevi 65 illik yubileyi münasibətilə təbrik edib. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
 
Qeyd edək ki, Asim Xudiyev 1977-1984-cü illər ərzində "Neftçi"nin heyətində 201 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest