"İdman ustası" adına layiq görüldüyüm üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm".

"İdman ustası" adına layiq görüldüyüm üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev sosial şəbəkə hesabında yazıb.
 
30 yaşlı futbolçu bu adı təkbaşına qazanmadığını bildirib: "Bu adı mənə qazandıran - klub rəhbərliyi, baş məşqçi, komanda yoldaşlarım və azarkeşlərimizə təşəkkür edirəm. Buna layiq görülməyimdə onların da zəhməti var. Təşəkkürlər, "Qarabağ"!
 
Xatırladaq ki, bu gün Qara Qarayevə "İdman ustası" dərəcəsi təqdim edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest