Futbol üzrə üçqat dünya çempionu Pele sidik yollarının infeksiyası səbəbindən Braziliyada – San-Paulu xəstəxanasında müalicə alır. Matc.az "Globoesporte"yə istinadən xəbər verir ki, braziliyalı keçmiş hücumçu sentyabr ayında aşkar edilən şişin müalicəsini davam etdirmək üçün fevralın 13-də San-Pauludakı xəstəxanaya yerləşdirilib.
 
Xəstəxanaya yerləşdirildikdən 8 gün sonra həkimlər müayinə zamanı Pelenin sidik yollarında infeksiya olduğunu bildiriblər. Bu üzdən onun müalicəsi xəstəxana şəraitində davam etdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest