Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Başakşəhər" doğma meydanda "Konyaspor"la qarşılaşıb.
 
Cari mövsümdə uğurlu çıxışları ilə diqqət mərkəzində olan komandaların oyununda 3 qol qeydə alınıb. Lider "Trabzonspor"un əsas izləyicisi olan "Konyaspor" üçüncü pillədəki İstanbul təmsilçisi ilə görüşdən məğlub ayrılıb.
 
Bu nəticədən sonra "Konyaspor" 49 xalla ikinci pillədəki mövqeyində qalıb. "Başakşəhər" isə 46 xalla üçüncüdür.
 
Türkiyə Super Liqası
21-ci turun oyunu
22 fevral
 
Başakşəhər – Konyaspor 2:1
Qol: Gulbrandsen, 49. M.çağıran, 62-öz qapısına – Byutyuqi, 37.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest