İtaliyanın "Yuventus" klubunun futbolçusu Duşan Vlahoviç UEFA çempionlar Liqasında yeni uğura imza atıb. Matc.az xəbər verir ki, 22 yaşlı serbiyalı hücumçu şəxsi uğurunu İspaniyada "Vilyarreal"la 1/8 final mərhələsinin ilk oyununda (1:1) gerçəkləşdirib.
 
33-cü saniyədə fərqlənən Vlahoviç, turnirdəki debüt matçında ən erkən ikinci qolun müəllifi kimi tarixə düşüb.
 
Daha əvvəl ukraynalı Yevgeni Konoplyanka 2015-ci ildə İspaniya "Sevilya"sında çıxış edərkən, Münhenqaldbax "Borussiya"sına qarşı 84-cü dəqiqədə oyuna çıxdıqdan (3:0) 19 saniyə sonra qol vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest