"Qarabağ"la Marsel "Olimpik"i (Fransa) arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa bilet satışı davam edir

"Qarabağ"la Marsel "Olimpik"i (Fransa) arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa bilet satışı davam edir. Matc.az xəbər verir ki, qarşılaşmaya artıq 13 minə yaxın bilet satılıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Buna görə də, oyun üçün 15 500 bilet satışa çıxarılıb.
 
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest