"Qarabağ" klubu Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Olimpik" (Marsel) komandasına qarşı keçiriləcək cavab matçının gec saatlarda başlaması ilə əlaqədar "Bakı Metropoliteni" QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Müraciəti və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.
 
"Gənclik", "Nəriman Nərimanov" və "28 May" stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest