Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək.
 
Matc.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq.
 
"Dalğa Arena"da keçiriləcək oyun saat 14:00-da başlayacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yaymlanacaq qarşılaşmanı idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
 
Baş hakim: Fəridə Lütfəliyeva
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Kamran Əliyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest