"Mançester Yunayted"in hücumçusu Antoni Marsial "İnter"ə keçə bilər. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hazırda "Sevilya"da icarə əsasında çıxış edən fransalı futbolçu "İnter"ə keçməyə hazırlaşır.
 
Milan klubu hücum xəttini gücləndirmək üçün axtarışdadır. Yayda komandanı iki hücumçusunun – Aleksis Sançes və Lautaro Martinesin tərk tərk ehtimalı çoxdur.
 
"Neradzurra" Marsialla yanaşı, alternativ variant olaraq "Lill"in hücumçusu Conatan Davidin transferini də nəzərdən keçirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest