"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Konfrans Liqasının pley-offu çərçivəsində Marsel "Olimpik"inə (Fransa) qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges Konfrans Liqasının pley-offu çərçivəsində Marsel "Olimpik"inə (Fransa) qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Bizi çətin oyun gözləyir. İlk oyundan sonra rəqibin necə güclü olduğunu bir daha gördük. Həmin oyunu analiz etmişik. Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. öz gücümüzə də bələdik. Hesab əlehyimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacaq, sona qədər mübarizə aparacağıq. ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".
 
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu oyuna saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest