Böyük Britaniyanın xarici işlər naziri Liz Trass futbol üzrə çempionlar Liqasının finalını boykot etməyə çağırıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, o, İngiltərə klublarının Sankt-Peterburqdakı oyunu Rusiya – Ukrayna münaqişəsinə görə boykot etməli olub-olmaması ilə bağlı sualı cavablandırıb:
 
"Bəli. Mən onların yerində olsaydım, final oyununu boykot edərdim. Şəxsən mən Vladimir Putin rejiminin etdiklərini nəzərə alsaq, Sankt-Peterburqdakı oyunda iştirak etmək istəməzdim".
 
çempionlar Liqasında cari mövsümün final matçı mayın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest