MLS-də çıxış edən "İnter Mayami"nin futbolçusu Qonsalo İquayn PSJ-nin hücumçusu Lionel Messi barədə danışıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı hücumçu, həmyerlisini MLS klublarından birində görməkdən şad olacağını bildirib:
 
"MLS irəliləməyə davam edən çox güclü bir çempionatdır. Düşünürəm ki, burda getdikcə daha çox böyük futbolçular olacaq. ümid edirəm ki, Messi nə vaxtsa MLS-ə oynamağa gələcək. O, burda xoşbəxt olar".
 
"İntter Mayami"nin sahibi İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest