Almaniyanın "Şalke" klubu formasındakı "Qazprom" şirkətinin reklamından imtina edib. Matc.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Klubun belə bir addım atmasına Rusiyanın Ukraynaya hücum etməsi səbəb göstərilib. "Şalke" bundan sonra formalarının üzərində klubun adının yazılacağını bəyan edib.
 
Rusiyaya məxsus olan "Qazprom" enerji şirkəti 2007-ci ildən "Şalke"yə titul sponsorluğu edirdi.
 
Sonda onu da qeyd edək ki, "Şalke"də Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov da forma geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest