Dünyanın tanınmış mətbu orqanları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel "Olimpik"inə qarşı cavab oyunundakı hərəkətindən yazıb. Matc.az xəbər verir ki, "The Sun", "Marca" və "RMC Sport" kimi nəşrlər "köhlən atlar"ın hücumçusu İbrahima Vadjinin əli ilə vurduğu qoldan sonra 50 yaşlı mütəxəssisin etdiyi feyr-pley jestinə yer ayırıblar.
 
"The Sun" "Heyrətamiz an: "Qarabağ"ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu" başlıqlı xəbərində Qurbanovun oyunçusu ilə söhbətindən sonra bu addımı atdığı vurğulanıb (report).
 
"Marca" yazıb ki, turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib.
 
"RMC Sport"un başlığı isə belədir: "Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest