Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunda (Xorvatiya) növbəti matçına çıxıb.

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunda (Xorvatiya) növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İspaniyanın "Sevilya" komandasına qarşı keçirilən cavab matçının iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
 
Zaqreb "Dinamo"su bu görüşdə 1:0 hesablı qələbə qazansa da, ilk oyunda 1:3 hesabıyla uduzduğu üçün mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest