"O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim"

"Genduzi mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən, Allah səni cəzalandıracaq". Matc.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu İbrahima Vadji deyib.
 
O, Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları oyunda əli ilə qol vurduqdan sonra qonaqların yarımmüdafiəçisi Matteo Genduzi ilə aralarındakı insident barədə danışıb: "Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. "Olimpik Marsel"in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər".
 
27 yaşlı forvard baş məşqçi Qurban Qurbanovun hərəkətinə də münasibət bildirib: "O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest