Polşa, İsveç və çexiya futbol yığmaları 2022-ci il dünya çempionatının pley-off oyunlarını Rusiyada keçirməkdən imtina edib. Matc.az xəbər verir ki, bu barədə Polşa millisinin mətbuat katibi Yakub Kvyatkovski "sport24.ru"ya açıqlama verib:
 
"Polşa, İsveç və çexiyanın rəsmi bəyanatı belədir: Biz sizin ölkənizdə oynamaq istəmirik". Federasiya rəsmisi pley-off oyunları üçün alternativ variantın seçilməsini istədiklərini bildirib.
 
Pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal matçı martın 24-nə planlaşdırılıb. Cütün qalibi İsveç – çexiya görüşünün ən güclüsü ilə finalda qarşılaşacaq və nəticədə Dç-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.
 
Rusiya qoşunları işğal məqsədi ilə dünən Ukraynaya hücuma keçib. Bu isə dünyada böyük etirazlara və narazılığa səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest