Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra Azərbaycan I Divizionunun XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Səbail-2" – MOİK oyununda "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunub. "Səbail" vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunub. "Səbail"in futbolçusu Mehman Mənsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. MOİK vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunub.
 
"Sumqayıt-2" – "Qarabağ-2" oyununda "Sumqayıt"ın futbolçusu Bədir Ziyadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Neftçi-2" - "Qəbələ-2" oyununda "Neftçi"nin futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest