Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
Region Liqasının "Ağstafa" FK – "Qoşqar" UGİM-2 oyununda "Qoşqar"ın futbolçusu Xəyal Rzayev qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Region Liqasının "Ərkivan" – "Xan-Lənkəran" oyununda "Ərkivan" azarkeşlərinin meydana daxil olması və hakimin təhlükəsizliyinin təmin olunmamasına görə "Ərkivan"a təhlükəsizliyin düzgün təşkil olunmaması ilə bağlı xəbərdarlıq edilib.
 
Region Liqasının "Babək" – "Arpaçay" oyununda "Arpaçay"ın futbolçusu Rövşən Seyidov "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Babək"in digər futbolçusu Şöhrət Ələkbərov da "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-17 Liqasının "Səbail" – "Turan Tovuz" oyununda "Səbail"in futbolçusu Zaman Zamanlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının ROFM – İCBFA oyununda İCBFA-nın futbolçusu Fərhad Hüseynzadə "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Səbail" – "Zirə" oyununda "Zirə"nin futbolçusu İslam Əhmədov "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Səbail"in futbolçusu Murad Muradzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Qarabağ" – "Neftçi" İK İB oyununda "Neftçi"nin baş məşqçisi Şahin Şahüseyni cəzalı olduğu halda texniki zonaya daxil olduğuna, hakimləri təhqir etdiyinə və bu hal 3-cü dəfə təkrarlandığına görə Şahin Şahüseynin futbola aid hər hansı bir fəaliyyəti mövsümün sonuna qədər qadağan edilib. 
 
U-14 Liqasının "Neftçi" PFK – "Sumqayıt" oyununda "Sumqayıt"ın 1 nömrəli futbolçusu İlkin Qocayev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Qarabağ" - "Sabah" oyununda "Sabah"ın futbolçusu Həzrət Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Olimpiya" FK – "Kəpəz" oyununda "Olimpiya"da yetərsay olmadığı üçün oyun baş tutmadığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-14 Liqasının ROFM-2 (Sumqayıt) – UGİŞM (Qusar) oyununda UGİŞM (Qusar) təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "Azəri" TİM (Gəncə) – "ümid" (Gəncə) oyununda "ümid"in (Gəncə) heyətində adı protokolda olmayan oyunçu matçda iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-10 Liqasının "çinar" UGFHK (Gəncə) – TİM (Gəncə) oyununda "çinar" yaş limitini pozduğu üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Yüksək Qızlar Liqasının UGİM (Naftalan) – "Xırdalan City" oyununda "Xırdalan City" komandasının 6 nömrəli futbolçusu Leyla Gondolova qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra səbəb olduğu hadisələrə görə 12 aylıq yarışlardan kənarlaşdırılıb. "Xırdalan City" komandasının 8 nömrəli futbolçusu Nigar Rzayeva da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Xırdalan City" komandasının baş məşqçisi Mehdi İbrahimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun "Ekol" – "Record" oyununda "Record"un futzalçısı Sərxan Məstiyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun "Forza Neftçi" – "Xilə" FK oyununda matçın 27-ci dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün hesab olduğu kimi saxlanılmaqla "Xilə" FK komandasına texniki məğlubiyyət verilib.
 
Futzal üzrə Azərbaycan Kubokunun "Advokat" – "Alyans" FK oyununda "Alyans"ın futzalçısı Saeid Azimi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Alyans"ın futzalçısı Anar İsayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Alyans"ın futzalçısı Farzad Sadegihi qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Advokat"ın futzalçısı Zakir Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Azərbaycan Kubokunun "Bibi Heybət" – "Star Karqo-2" oyununda "Star Karqo-2" komandasının 4 nömrəli futzalçısı Vasif İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Bibi Heybət" komandasının futzalçısı Şahin Dadaşzadə oyunun 37-ci dəqiqəsində "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Bibi Heybət"in futzalçısı Orxan Qəhramanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Bibi Heybət" komandasının 5 nömrəli futzalçısı İsrafil Rzabəyli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matç bitdikdən sonra "Star Karqo-2" komandasının məşqçisi Anar Məmmədov hakimlər komitəsini və Futzal Federasiyasını təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 15 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Baku Fire-2" – ADBTİA oyununda "Baku Fire-2" komandasının futzalçısı Tahir Fərzəliyev "sonuncu ümid folu"na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın PASO – "Standard" oyununda matçın 7-ci dəqiqəsində PASO komandasının baş məşqçisi Elşən Ağaverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest