Polşa Futbol İttifaqının prezidenti çezare Kuleşa maraqlı fikirlə çıxış edib. Matc.az xəbər verir ki, qurum rəhbəri, ukraynalı futbolçuların Polşa çempionatında əcnəbi sayılmaması üçün təkliflə çıxış edəcəyini bildirib. Kuleşa bu barədə "tvitter" hesabında yazıb:
 
"Polşa Futbol İttifaqının idarə heyətinin növbəti iclasında ukraynalıların Avropa Birliyindən kənar ölkələrdən gələn əcnəbilər limitinə daxil edilməməsi ilə bağlı tələb irəli sürəcəm. Bunun sayəsində biz bu çətin zamanda onların Polşada klub tapmaq şanslarını artıracağıq".
 
Rusiya iki gün əvvəl Ukraynaya hərbi təcavüzə başlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest