Marsel "Olimpik"i Konfrans Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı "Qarabağ"la bağlı paylaşım edib. Matc.az xəbər verir ki, Fransa klubunun "Twitter" səhifəsində Ağdam təmsilçisinə göstərdiyi feyr-pley nümunəsinə görə təşəkkür edilib.
 
Yarımmüdafiəçisi Matteo Genduzinin Qurban Qurbanovu alqışladığı fotonu paylaşan Marsel təmsilçisi rəqibinə hörmətini çatdırıb: "Onlar bunu etməyə borclu deyildi".
 
Xatırladaq ki, ötən gecə Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan "Qarabağ" – "Olimpik" matçının 34-cü dəqiqəsində Ağdam klubunun hücumçusu İbrahima Vadji əllə qol vuraraq hesabı bərabərləşdirmişdi. Lakin təmsilçimizn baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra seneqallı forvard hakimə topu əli ilə vurduğunu bildirib. Nəticədə polşalı referi Bartoş Frankovski "Qarabağ"ın qolunu ləğv edib. Bu hadisə dünya mediasında da geniş işıqlandırılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest