İngiltərənin "Mançester Yunayted" klubu Rusiyanın "Aeroflot" şirkəti ilə müqaviləsini pozub. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Buna iki gün öncə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması səbəb göstərilib.
 
Daha əvvəl "Mançester Yunayted" çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniya "Atletiko"suna qarşı səfər oyununa Rusiya aviaşirkətinin reysi ilə yollanmaqdan imtina etmişdi.
 
ötən gün Almaniyanın "Şalke" klubu da Rusiyanın enerji şirkəti "Qazprom"la əməkdaşlıq müqaviləsindən imtina etdiyini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest