Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" də növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə "Paderborn"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının iki qolunu da məhz Dmitri vurub. Yarımmüdafiəçi 63 və 70-ci dəqiqələrdə penaltidən dəqiq yararlanıb. Amma komandası son dəqiqələrdə buraxdığı 2 qolla qələbəni əldən verib.
 
24 oyuna 16 xal toplamış "Ersgebirge" 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest