Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında çempionatın lideri "Milan" "Udineze"ni sınağa çəkib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Son 3 turda qalibiyyət tanımayan "İnter" liderdən uzaq düşməmək üçün "Cenoa" səfərindən 3 xalla qayıtmağa çalışıb. Lakin bu oyun da heç-heçə bitib.
İtaliya A Seriyası
27-ci tur
25 fevral
Milan – Udineze 1:1
Qol: Leao, 29 – Udoqye, 66.
Cenoa – İnter 0:0
26 fevral
18:00. Salernitana – Bolonya
21:00. Empoli – Yuventus
23:45. Sassuolo – Fiorentina
27 fevral
15:30. Torino – Kalyari
18:00. Verona – Venetsiya
21:00. Spetsiya – Roma
23:45. Latsio – Napoli
28 fevral
23:45. Atalanta – Sampdoriya