"Mançester Yunayted"in futbolçusu Kristiano Ronaldo dünyaya sülh çağırışı edib. Matc.az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə "İnstaqram" hesabında paylaşım edib. 37 yaşlı futbolçu bunları yazıb:
 
"Biz dünyanı uşaqlarımız üçün daha yaxşı bir yerə çevirməliyik. Dünyada sülh olması üçün dua edirəm". 
 
Rusiya qoşunları Ukraynanı işğal etmək məqsədi ilə bir neçə gün əvvəl bu ölkəyə hücuma keçib. Bu hadisə dünyada böyük narazılığa səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest