Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
"Kristal Pelas" – "Bernli" matçında qalib müəyyənləşməyib. 7 oyundur məğlub olmayan "Mançester Yunayted" autsayder "Uotford"u qəbul edib. "Qırmızı şeytanlar" doğma meydanda 1 xalla kifayətlənməli olub.
 
"Brayton" evdə "Aston Villa"ya, "Brentford" isə "Nyukasl"a 2 cavabsız qolla uduzub. "Tottenhem" də səfərdə "Lids"ə 4 cavabsız qolla qalib gəlib. Lider "Mançester Siti" isə səfərdə "Everton"la qarşılaşıb. "Şəhərlilər" bu oyunda 3 xalı tək qolla qazanıblar.
 
İngiltərə Liqa kubokunun final oyunu ilə əlaqədar "çelsi" – "Lester Siti" və "Arsenal" – "Liverpul" oyunları təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
27-ci tur
25 fevral
 
Sauthempton – Norviç Siti 2:0
Qol: Adams, 36. Romeu, 88.
 
26 fevral
 
Lids – Tottenhem 0:4
Qol: Doherti, 10. Kuluşevski, 15. Keyn, 27. Son, 85.
 
Brayton – Aston Villa 0:2
Qol: Keş, 17. Uotkins, 68.
 
Brentford – Nyukasl 0:2
Qol: Joelinton, 33. Uillok, 44.
 
Kristal Pelas – Bernli 1:1
Qol: Şlupp, 9 – Milivoyeviç, 46-öz qapısına.
 
Mançester Yunayted – Uotford 0:0
 
Everton – Mançester Siti 0:1
Qol: Foden, 82.
 
27 fevral
 
18:00. Vest Hem – Vulverhempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest