Futbol üzrə İtaliya A Seriyasında 27-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub. 
 
"Salernitana" – "Bolonya" matçında qalib müəyyənləşməyib. "Fiorentina" isə səfərdə "Sassuolo"ya uduzub.
 
Beş qolun qeydə alındığı "Empoli" – "Yuventus" matçında Turin təmsilçisi qələbə qazanıb.
 
Turun diqqətçəkən matçlarından biri də Romada oynanılacaq. Burada "Latsio" və "Napoli" münasibətlərinə aydınlıq gətirəcəklər.
 
İtaliya A Seriyası
27-ci tur
25 fevral
 
Milan – Udineze 1:1
Qol: Leao, 29 – Udoqye, 66.
 
Cenoa – İnter 0:0
 
26 fevral
 
Salernitana – Bolonya 1:1
Qol: Zortea, 72 – Arnautoviç, 43.
 
Empoli – Yuventus 2:3
Qol: Jurkovski, 40. Mantiya, 76 – Kin, 32. Vlahoviç, 45+2; 66.
 
Sassuolo – Fiorentina 2:1
Qol: Traore, 19. Defrel, 90+4 – Kabral, 88.
 
27 fevral
 
15:30. Torino – Kalyari
18:00. Verona – Venetsiya
21:00. Spetsiya – Roma
23:45. Latsio – Napoli
 
28 fevral
 
23:45. Atalanta – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest