Marsel "Olimpik"inin (Fransa) türkiyəli yarımmüdafiəçisi Cengiz Ündər Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıda keçirdikləri cavab oyunu barədə danışıb

Marsel "Olimpik"inin (Fransa) türkiyəli yarımmüdafiəçisi Cengiz ündər Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıda keçirdikləri cavab oyunu barədə danışıb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu Fransa mətbuatına açıqlamasında Bakıya səyahətin uzun olduğunu bildirib:
 
"Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi. ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz – İsveçrə "Bazel"i yaxşı komandadır. Amma bu oyunlaradək Liqa 1-də daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir".
 
Marsel klubu "Qarabağ"a ümumilikdə 6:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest