"Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA-nın klub turnirlərində ən çox oyun keçirən azərbaycanlı futbolçu adına sahib olub. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Medvedev bu rekorda Avropa Konfrans Liqasının pley-off mərhələsində Marsel "Olimpik"i (Fransa) ilə cavab oyununda imza atıb. O, avrokuboklarda 114-cü dəfə meydana çıxıb.
 
Təcrübəli futbolçu indiyə qədər UEFA çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında isə 13 matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest