İtaliyanın "Roma" klubu futbolçusu Canluka Mançini ilə müqaviləni uzadacaq. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "canavarlar" müdafiəçisi Mançini ilə müqaviləni uzatmaq barədə razılığa gəlib.
 
Yeni müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Mançininin maaşı illik 3 milyon avro olacaq.
 
Mançini 2019-cu ilin sentyabrından "Roma"da çıxış edir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest