İngiltərənin "Lids" klubu baş məşqçisi Marselo Byelsa ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Klub 67 yaşlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv edib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
 
"Lids" son olaraq 27-ci turda "Tottenhem"ə 0:4 hesabı ilə uduzub. Komanda hazırda 23 xalla 16-cı pillədə qərarlaşıb. Komanda 2019/20 mövsümündə Byelsanın rəhbərliyi altında 16 ildən sonra Premyer Liqaya vəsiqə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest