FİFA Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
 
Buna sözügedən ölkənin Ukraynaya genişmiqyaslı hərbi təcavüzü səbəb göstərilib.
 
Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub. Rusiya millisi də ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya yığmasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün Beynəlxalq Olimpiya Komitəsi və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest