Futbol üzrə Xorvatiya çempionatında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Osiyek"lə qarşılaşıb. Zaqreblilər bu oyundan məğlub ayrılıblar – 0:1.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
Xatırladaq ki, "Dinamo"ya bir müddət öncə keçən Emreli hələ Xorvatiya çempionatında debüt etməyib. Əvəzində o, Avropa Liqası çərçivəsində baş tutan İspaniya "Sevilya"sı ilə səfər (1:3) və ev (1:0) oyununda iştirak hüququ qazanıb.
 
"Dinamo" hazırda 50 xalla 10 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. "Osiyek" bu komanda üzərində qələbə sayəsində vahid liderliyi ələ keçirib – 52 xal.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest