Futbol üzrə Fransa çempionatında 26-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Monako" evində "Reyms"ə, "Anje" "Lans"a, "Brest" isə "Loryan"a məğlub olub. "Klermon" – "Bordo" və "Mets" – "Nant" oyunlarında qalib müəyyənləşməyib.
 
Avropa Konfrans Liqasında "Qarabağ"ı mübarizədən kənarlaşdıran Marsel "Olimpik"i "Trua" səfərinə yollanıb. Bu oyunda qalib müəyyənləşməyib. Lion "Olimpik"i isə evində son çempion "Lill"ə məğlub olub.
 
Fransa Liqa 1
26-cı tur
25 fevral
 
Monpelye – Renn 2:4
Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.
 
26 fevral
 
Strasburq – Nitsa 0:0
 
PSJ – Sent-Etyen 3:1
Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.
 
27 fevral
 
Monako – Reyms 1:2
Qol: Ben Yedder, 55 – Volland, 84-öz qapısına. Mbuku, 90+2.
 
Anje – Lans 1:2
Qol: Fulgini, 49 – Mendi, 73-öz qapısına. Klauss, 76.
 
Brest – Loryan 0:1
Qol: Kone, 73.
 
Klermon – Bordo 1:1
Qol: Raşani, 32 – Jullavoqi, 13.
 
Mets – Nant 0:0
 
Trua – Olimpik (Marsel) 1:1
Qol: Tuzqar, 90 – Payet, 28-pen.
 
Olimpik (Lion) – Lill 0:1
Qol: Qudmundsson, 35.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest