Belə ki, komandanın bombardiri Mirabdulla Abbasovun da müqaviləsində "Hər hansı klub 50 min dollar ödəyəcəyi təqdirdə futbolçu sərbəst buraxılır" bəndi var. Bunu bilib istifadə etmək istəyənlər isə çox olacaq.

"Neftçi" rəhbərliyinin səriştəsizliyi ucbatından komandanın əsas futbolçusu Dario Frederikonu itirdiyini yazmışdıq. Deyəsən, Kamran Quliyevin qeyri-peşəkarlığı klubu hələ çox itkilərə məruz qoyacaq.

Belə ki, komandanın bombardiri Mirabdulla Abbasovun da müqaviləsində "Hər hansı klub 50 min dollar ödəyəcəyi təqdirdə futbolçu sərbəst buraxılır" bəndi var. Bunu bilib  istifadə etmək istəyənlər isə çox olacaq.

Mirabdullanı Azərbaycanda almaq istəməyən klub olmaz. Amma futbolçunun özü çox güman yalnız daha yaxşı müqavilə təklif edən komandaya keçə bilər. Mirabdullanın "Neftçi"dəki əmək haqqısı isə çox azdı. İstənilən klubumuz ilin futbolçusu seçilmiş hücumçuya daha yaxşı müqavilə təklif etmək iqtidarındadı. Amma "Neftçi"ni hər kluba dəyişmək Abbasovun öz karyerasında da geri addım olar. Ona görə ən məntiqli variant "Qarabağ" ola bilər.

Daha yaxşısı isə sözsüz ki, hansısa xarici kluba üz tutmaqdı. Gənc futbolçunun artıq belə bir təcrübəsi var. O, Latviyanın "Dinaburq" klubunda uğurlu mövsüm keçirib. Amma artıq Mirabdulla təcrübəlidi və daha yaxşı futbol ölkəsinə getsə, həm özü üçün, həm də futbolumuz adına faydalı addım olar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest