17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində 8-14 mart tarixlərində Albaniyada keçirəcək oyunlar üçün heyəti açıqlanıb.
 
Matc.az xəbər verir ki, millimiz seçmə mərhələyə hazırlıq məqsədi ilə martın 1-dən 4-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
 
Heyətə dəvət olunmuş futbolçuların siyahısını və millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
8 mart
17:30. Albaniya - Azərbaycan
Elbasan Arena (Elbasan)
 
11 mart
15:00. Azərbaycan - Şimali Makedoniya       
Egnatia Stadionu (Rrogozhine)
 
14 mart
17:30. Azərbaycan- Şotlandiya       
Egnatia Stadionu (Rrogozhine)
 
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
 
1. Mustafazadə Rabiyə - Xırdalan Siti
2. İsayeva Məryəm - Gömrükçü
3. Mirzəyeva Aytac - Neftçi
4. Hüseynli Fatimeyi-Zəhra - Balxurma
5. Seyidova Müjgan - Balxurma
6. Həsənova Aydan - Neftçi
7. Piriyeva Şəkər - Gömrükçü
8. Abbaszadə Lalə - Neftçi
9. Adimova Lamiyə - Qəbələ
10. Haqverdiyeva İntizar - Neftci
11. Hacıyeva Mələk - 8-RİOEUGİM
12. Həsənli Səma - Qəbələ
13. Məhərrəmli Fatimə - Gömrükçü
14. Hacıyeva Əsmayə - 8-RİOEUGİM
15. Gencay Sheyma Nur - Yukatel Kayseri (Türkiyə)
16. Kesmez Sumeyra - Aksaray Spor (Türkiyə)
17. Yıldiz Gülbahar - Yukatel Kayseri (Türkiyə)
18. Abdullayeva Pərişan - Nuxa
19. Nəzərli Məsumə - Neftçi
20. Əliyeva Röya - Neftçi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest