Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin "Leypsiq" (Almaniya) və "Spartak" (Moskva, Rusiya) arasında oyunlarını ləğv edib. Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. 
 
Xəbərdə bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub. Bu qərarla Moskva klubuna texniki məğlubiyyət verilib və  "Leypsiq" birbaşa 1/4 finala vəsiqəni təmin edib.
 
FİFA bundan əvvəl Rusiya komandasının Rusiya Futbol İttifaqının (RFU) komandasının adı altında, bayraqsız və himnsiz oynamasına qərar verib.
 
Qeyd edək ki, Moskva klubu UEFA-nın Rusiya klublarının və yığma komandalarının doğma meydanda oynamasına qadağa qoymasının ardından "Leypsiq"lə Bakıda qarşılaşmaq üçün UEFA ilə danışıq aparırdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest